Rusiyalı müxalifətçi Putinin Ukrayna ilə bağlı gələcək planlarını AÇIQLADI
Putinin Ukraynayadakı ordusu hərbçiləri məğlub edə bilmədiyindən dinc əhalini və şəhərləri məhv edir.
Globall.az xəbər verir ki, bunu “Obozrevatel”ə müsahibəsində rusiyalı müxalifətçi İqor Yakovenko deyib.
O, Putinin ehtiyatda istifadə edə biləcəyi nüvə silahının olduğunu da xatırladıb.
"Mən vəziyyətin daha da gərginləşəcəyindən başqa variant görmürəm. Putin üçün hansısa danışıqlar cəhdi, bu müharibədən başqa çıxış yolu sadəcə mümkün deyil. Yalnız eskalasiya. O, dayandırılana kimi dinc əhalini, Ukrayna şəhərlərini məhv edəcək”, - Yakovenko deyib.
Onun fikrincə, danışıqlar variantı Putin üçün də, Vladimir Zelenski üçün də mümkün deyil. Bütün bunlar ona görədir ki, Putinin platforması qeyri-mümkün şeylər təklif edir.
Müxalifətçi həm də əmindir ki, Putin heç nəyi “geri qaytarmaq” istəməz.
"Bu adama psixiatrik diaqnoz lazımdır. Onu da uzaqdan qoymaq mümkün deyil. Onu həbsxana tipli xəstəxanada ciddi kliniki müayinə lazımdır. Ümid edirəm ki, bu baş verəcək” dedi. (modern.az)