Rusiya Belarus-Ukrayna sərhədinə "İskəndər-M" quraşdırır -
MN
Belarusun “İskəndər-M” Əməliyyat Taktiki Raket Kompleksini Qomel vilayətində, Ukrayna sərhədi istiqamətində quraşdırdığı qeydə alınıb.
Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
“Rusiyanın hərbi işğalına Ukrayna xalqının qəhrəmancasına müqavimətinin 33-cü günüdür. Düşmənin əsas səyləri işğal olunmuş ərazilərə nəzarəti saxlamağa və hücum əməliyyatlarının bərpasına hazırlığa yönəlib”, - məlumatda bildirilib.
Bir müddət əvvəl qeyd edilib ki, Rusiya Sakit Okean Donanması və Qərb Hərbi Dairəsindən əlavə hissələrin köçürməsini davam etdirir, “İsgəndər-M” raketləri isə Belarusun Kalinkoviçi şəhərində quraşdırıb. (report)
Oxunub: 329
Xəbəri paylaş
Paylaş: