Kvemo Kartlidə koronavirusa yoluxanların sayı 75-ə çatdı – Qubernator

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsində koronavirusa yoluxanların sayı yenə artıb.
Bunu bölgə qubernatoru Şota Rexviaşvili bildirib.
Onun sözlərinə görə, daha beş nəfərdə koronavirus aşkarlanıb: “Bununla da Kvemo Kartlidə virusa yoluxanların sayı 75-ə çatıb. Halların 52-si Bolnisi, 15-i Marneuli, 8-i isə Rustavi şəhərində təsdiqlənib”.
Qubernator qeyd edib ki, Bolnisidən 95 nəfərin koronavirusla bağlı analiz nümunləri laboratoriyaya göndərilib və cavablar bu günün sonunda məlum olacaq./report
Oxunub: 233
Xəbəri paylaş
Paylaş: