ABŞ gələn il Ukraynaya 682 milyon dollar AYIRACAQ

ABŞ-ın gələn ilki büdcə layihəsində Ukraynaya yardım üçün 682 milyon dollar ayrılması nəzərdə tutulub.
Bu barədə Ağ Evin saytında yerləşdirilən sənəddə qeyd olunub.
Avropalı müttəfiqlərin və ABŞ tərəfdaşlarının Ukraynaya ümumi dəstəyi 6,9 milyard dollar təşkil edəcək.
“Büdcədə Ukraynaya 682 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2021-ci il üçün təsdiq edilmiş dəstəkdən 219 milyon dollar çoxdur”, – deyə sənəddə bildirilir.
Vəsait Ukraynanın “təhlükəsizlik, enerji, kibertəhlükəsizlik məsələləri, dezinformasiya, makroiqtisadi sabitlik və vətəndaş cəmiyyətinin dayanıqlılığı ilə bağlı” sahələrdəki ehtiyaclarını ödəmək üçün istifadə olunacaq.
Son iki ayda ABŞ Ukraynaya 2 milyard dollar hərbi yardın edib Ukraynaya hava hücumundan müdafiə sistemləri, tank əleyhinə sistemlər, atıcı silahlar, pilotsuz uçuş aparatları və döyüş sursatları göndərir. (modern.az)

Oxunub: 317
Xəbəri paylaş
Paylaş: