Avropa bankı Rusiya və Belarusdan GEDİR
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Moskva və Minskdəki ofislərini bağlayacaq.
Globall.az xəbər verir ki, bu barədə bankın mətbuat xidmətiaçıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, buna səbəb Rusiyanın Ukraynaya hücumu və Belarusun Rusiyaya kömək etməsidir.
"Biz Ukraynaya sarsılmaz dəstəyimizi ifadə etməyə davam edirik və artıq Ukrayna və müharibədən zərər çəkən digər ölkələr üçün ilkin 2 milyard avroluq yardım paketi barədə razılığa gəldik", - deyə məlumatda bildirilir.
Oxunub: 243
Xəbəri paylaş
Paylaş: