Rusiya Kiyev və Çerniqovdan geri çəkilir
Rusiya Silahlı Qüvvələrinin bəzi bölmələri Kiyev və Çerniqov regionunun ərazisindən geri çəkilir.
Globall.az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Rusiyanın öz qüvvələrini gücləndirmək və onların rotasiyası ilə bağlı problemləri var.
"Rusiyanın Sakit Okean donanmasının şəxsi heyəti "xüsusi əməliyyat"da iştirakdan imtina edir və bu səbəbdən donanma, hətta bir batalyon-taktiki qrup təmin edə bilməyib", - Ukrayna tərəfinin məlumatında qeyd olunub.
Əlavə olunub ki, Rusiya Donetsk regionunun bir çox bölgəsində atəşi və hücumları intensivləşdirib. Rusiya qüvvələrinin eyni zamanda, Berdyansk şəhərində liman infrastrukturunu bərpa etməyə çalışdığı qeyd olunub.