ÜST: Dünyada koronavirusdan ölənlərin sayı artıb
Son bir həftə ərzində dünyada 10 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 45 mindən artıq insan isə koronavirusdan ölüb.
Globall.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülleteninin məlumatına görə, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 14 faiz azalıb, ölüm hallarının sayı isə 43 faiz artıb.
Martın 21-dən 27-dək koronavirusa 10 805 132 nəfər yoluxub, 45 711 nəfər isə koronavirusdan ölüb. Bir öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 14 faiz azalıb, ölüm hallarının sayı isə 43 faiz artıb..
Qeyd edək ki, son sutka dünyada koronavirusa 1 342 231 yoluxma, 2 841 ölüm halı qeydə alınıb. Hazırkı dövrədək koronavirusa yoluxanların sayı 481 756 671 nəfərə, ölənlərin sayı isə 6 127 981 nəfərə çatıb.