Çerniqovda 2 azərbaycanlı həlak oldu
Ukraynada gedən müharibədə daha 2 azərbaycanlı həlak olub.
Globall.az report-a istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Çerniqov vilayətinin Nosovka şəhərini artilleriya atəşinə tutması nəticəsində Ukrayna vətəndaşı olan 2 azərbaycanlı həlak olub. Bunlar 50 yaşlı Rauf Məmmədov və 35 yaşlı Ruslan Əhmədovdur.
Onlar mülki vətəndaş olublar. Azərbaycanlılar ilə yanaşı şəhərdə xeyli ukraynalı da həlak olub.
Bununla da Ukraynada öldürülən azərbaycanlıların sayı 10-a çatıb.
Qeyd edək ki, ölkədəki son döyüşlərdə iki azərbaycanlı - Əlixan Ağayev, Xəlilov soyadlı şəxs yaralanıb. Onlar Ukrayna vətəndaşı olaraq, ölkənin suverenliyi uğrunda döyüşüblər.
Oxunub: 279
Xəbəri paylaş
Paylaş: