Adnan Oktarın gizli şəbəkəsinə qarşı ƏMƏLİYYAT

Türkiyədə Harun Yahya adı ilə tanınan və özünü ilahiyyatçı adlandıran Adnan Oktarın yaxın adamlarına qarşı əməliyyat keçirilib.
Növbəti əməliyyat İstanbulda baş tutub.
Əməliyyat zamanı aralarında Adnan Oktarın vəkillərinin də olduğu 8 şübhəli şəxs müəyyən edilib. Onların təşkilatın təlimatlarını digər üzvlərə çatdırdığı, pul axınına nəzarət etdiyi, istintaq işi ilə bağlı etiraf etmək istəyən şəxsləri hədələdiyi məlum olub.
Araşdırma zamanı müəyyən edilib ki, vəkillər istintaqla bağlı həqiqətləri etiraf etmək istəyən Müge Öğütçü adlı təşkilat üzvü barədə A.Oktarı məlumatlandırıb.
Oktar “kedicik”ə məktub yazaraq, vəkili vasitəsilə ona çatdırıb. Məktubda “Müge sultan, biz səni çox sevirik, sən bizim birdənəmizsən” sözləri yazılıb. Bildirilir ki, Oktar bununla həmin qadını ələ almağa çalışır.
Qeyd edək ki, əməliyyat-axtarış tədbirləri nəticəsində 4 vəkil saxlanılıb. Adnan Oktarın vəkillərinə məxsus İstanbulda 2, Ankarada isə 1 ofisdə axtarışlar aparılıb.
Xatırladaq ki, Adnan Oktar və onunla birlikdə olan 176 nəfər 11 iyul 2018-ci ildə “cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq”, “uşaqlara qarşı cinsi istismar” və “seksual zorakılıq” ittihamları ilə saxlanılıb və 18 iyul 2018-ci ildə həbs edilib. (modern)
Oxunub: 247
Xəbəri paylaş
Paylaş: