Conson Ukraynaya daha “ölümcül” silahlar vermək istəyir
Boris Conson hökumət üzvlərinə Ukraynaya daha "ölümcül" silahlarla yardım etmək istədiyini deyib.
Globall.az APA-ya istinadən bildirir ki, bu barədə nüfuzlu "Times" qəzeti yazıb.
Nəşrin məlumatına görə, Boris Conson Londonun Kiyevi hansı silahlarla təmin edə biləcəyini bildirməyib.
Müdafiə Nazirliyi dairələrindəki mənbə qəzetə bildirib ki, Ukraynaya ağır artilleriya da daxil olmaqla, uzaq mənzilli atəş vasitələri lazımdır.
Qəzet yazır ki, belə silahlar əlavə təlim tələb edəcək, Britaniya hökuməti isə eskalasiyadan çəkinir.
Oxunub: 241
Xəbəri paylaş
Paylaş: