Lavrov: "Ukraynanı Əfqanıstana çevirmək istəyirlər"
“Qərb Ukraynada ikinci Əfqanıstan yaratmağa cəhd göstərir”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov pakistanlı həmkarı Şah Mahmud Qureşi ilə görüşdə deyib.
"Əfqanıstanı dünya siyasətinin mərkəzinə çevirməyə cəhd edənlər indi Əfqanıstanı Ukrayna ilə əvəz etməyə çalışırlar. Biz hamımız söhbətin nədən getdiyini başa düşürük", - nazir əlavə edib.
Xatırladaq ki, Rusiya və Pakistanın xarici işlər nazirlərinin görüşü Çində Əfqanıstana qonşu olan dövlətlərinin xarici işlər nazirlərinin üçüncü konfransı çərçivəsində baş tutub. (azvision.az)
Oxunub: 192
Xəbəri paylaş
Paylaş: