Üçtərəfli görüş başa çatdı
- YENİLƏNİR
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Rusiya və Ukraynanın xarici işlər nazirləri Sergey Lavrov və Dmitro Kuleba ilə Bakı vaxtı ilə 12:00 radələrində görüşəcəyi gözlənilir.
Bu barədə görüşün təşkilatçıları "RİA Novosti"yə bildiriblər.
Qeyd edək ki, bu, Rusiya Federasiyası və Ukrayna XİN rəhbərləri arasında Ukraynada hərbi əməliyyatlar başlayandan bəri ilk görüşdür.
xxx
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiya XİN başçısı Sergey Lavrov və Ukrayna XİN başçısı Dmitri Kuleba arasında üçtərəfli görüş başlayıb.
Globall.az xəbər verir ki, bu haqda Rusiya XİN sözcüsü Mariya Zaxarova özünün rəsmi Teleqram səhifəsində məlumat paylaşıb.
xxx
XİN rəhbəri Sergey Lavrovla danışıqlarda əsas mövzular atəşkəs, Rusiya qoşunlarının ölkədən çıxarılması, həmçinin Ukrayna şəhərlərində humanitar vəziyyətin yaxşılaşdırılması olacaq.
Bunu Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba bildirib.
xxx
Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın üçtərəfli görüşü başa çatıb.
Müzakirələr bir saat davam edib.
Bir qədər sonra Sergey Lavrov və Dmitro Kuleba ayrı-ayrılıqda mətbuat konfransı keçirəcəklər. (report)