İran Rusiyaya qarşı sanksiyalara QARŞIDIR
İran Rusiyaya qarşı birtərəfli sanksiyaların tətbiqinə qarşıdır.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian bu gün Çində rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.
Nazir Rusiya-İran münasibətlərinin tədricən inkişaf etdiyini qeyd edib və Prezident İbrahim Rəisinin salamlarını Rusiya lideri Vladimir Putinə çatdırıb.
"Sizinlə görüşmək fürsəti əldə etdiyim üçün çox şadam. İlk növbədə, İran Prezidenti İbrahim Rəisinin Rusiya Prezidenti Vladimir Putinə səmimi salamlarını çatdırmağınızı xahiş edirəm. Rusiya və İranın ikitərəfli münasibətləri düzgün istiqamətdədir və inkişaf etməkdədir", - XİN başçısı sözlərinə davam edib. (modern.az)
Oxunub: 195
Xəbəri paylaş
Paylaş: