Rusiyanın döyüş təyyarələri Avropa səmasında - VİDEO

Martın 2-də İsveçin hava məkanını pozan Rusiya təyyarələri nüvə silahı ilə təchiz edilib.
Globall.az modern.az-a istinadla xəbər verir ki, bu barədə İsveçin “Nyheterna” informasiya agentli məlumat yayıb.
Agentliyin əldə etdiyi məlumata görə, hadisə İsveçə məxsus Qotland adasının yaxınlığında baş verib. Rusiyanın bu davranışının İsveçi təhdid etmək üçün öncədən planlaşdırılmış hərəkət olduğu deyilir.
Məlumatda, həmçinin qeyd olunub ki, sözügedən təyyarələr martın 2-də Rusiyanın Kalininqrad aviabazasından havaya qalxıb. Ümumilikdə 4 təyyarə olub – “Sukhoi 24” tipli iki hücum təyyarəsini “Sukhoi 27” tipli qırıcılar müşayiət edib. Mənbələrin bildirdiyinə görə, iki hücum təyyarəsi nüvə silahı ilə təchiz olunub.
Qeyd edilib ki, İsveçin hava ərazisinin pozulması təxminən bir dəqiqə davam edib.
Oxunub: 184
Xəbəri paylaş
Paylaş: