Gürcüstan da Rusiyaya qarşı maliyyə sanksiyalarına QOŞULDU
Gürcüstan Ukraynada keçirilən hərbi əməliyyata görə Rusiyaya qarşı tətbiq edilən bütün beynəlxalq maliyyə sanksiyalarına qoşulub.
Globall.az xəbər verir ki, bu barədə “CNN” telekanalının efirində Prezident Salome Zurabişvili bildirib.
“Biz bütün beynəlxalq maliyyə sanksiyalarında (Rusiya Federasiyasına qarşı - Red) iştirak edirik və bu, həqiqətən də bizim maliyyə sektorumuz üçün nə isə deməkdir. Bu vaxta qədər biz Ukraynanı dəstəkləmək üçün yaradılmış bütün beynəlxalq qətnamələrdə də iştirak edirik”, - deyə S.Zurabişvili vurğulayıb. (publika.az)
Oxunub: 223
Xəbəri paylaş
Paylaş: