Kiyev əhalisi geri qayıdır? -
Qərargahdan XƏBƏRDARLIQ
İnsanların öz şəhərlərinə qayıtmasından söhbət getmir. Bu, həqiqətən çox təhlükəlidir. Biz dayanmırıq, Kiyev vilayətinin sakinləri üçün 7/24 işləyirik. Bir az gözləmək lazımdır.
Bunu Kiyev vilayətinin Humanitar Qərargahının rəhbəri Aleksey Kuleba bildirib.
“Vurğulamaq istəyirəm ki, istənilən iş yalnız hərbi qulluqçular tərəfindən işğaldan azad edilmiş ərazilərin - yollar, körpülər və digər infrastruktur obyektlərin tam təmizlənməsindən sonra mümkündür”, - Qərargah rəhbəri qeyd edib.
Xatırladaq ki, Rusiya ordusunun Kiyev vilayətindən Donbasa çəkildiyi haqda məlumatlar yayılıb. (axar.az)
Oxunub: 196
Xəbəri paylaş
Paylaş: