Bu siyasi partiyalar MSK-ya HESABAT VERDİ
Mərkəzi Seçki Komissiyası (MSK) 2021-ci il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların yeni siyahısını dərc edib.
Globall.az xəbər verir ki, Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış 58 partiyadan 39-u illik maliyyə hesabatını təqdim edib.
2021-ci il üzrə maliyyə hesabatını təqdim edən partiyalar bunlardır:
Yeni Azərbaycan Partiyası
Azərbaycan Milli İstiqlal Partiyası
Azərbaycan Ümid Partiyası
Müsavat Partiyası
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
Milli Cəbhə Partiyası
“Milli Vəhdət” Partiyası
Böyük Azərbaycan Partiyası
“Qorqud” Partiyası
Böyük Quruluş Partiyası
Azərbaycan Demokratik Maarifçilik Partiyası
Müasir Müsavat Partiyası
Azərbaycan Xalq Partiyası
Vətəndaş və İnkişaf Partiyası
Müstəqil Xalq Partiyası
“Ana Vətən” Partiyası
Demokratik İslahatlar Partiyası
Azərbaycan Tərəqqi Partiyası
Vətəndaş Həmrəyliyi Partiyası
“Ədalət” Partiyası
Milli Dirçəliş Hərəkatı Partiyası
Azərbaycan Liberal Partiyası
Azərbaycan Naminə Alyans Partiyası
Azərbaycan Respublikaçılar Partiyası
Milli Həmrəylik Partiyası
Aydınlar Partiyası
Cümhuriyyət Xalq Partiyası
Azərbaycan Kommunist Partiyası
Azərbaycan Təkamül Partiyası
“Birlik” Partiyası
Azərbaycan Sosial Demokrat Partiyası
Milli Konqres Partiyası
Azərbaycan Liberal Demokrat Partiyası
Yeni Zaman Partiyası
Respublikaçı Alternativ (REAL) Partiyası
Milli Demokrat İdrak Partiyası
Vətəndaş Birliyi Partiyası
Azərbaycan Azad Respublikaçılar Partiyası
Klassik Xalq Cəbhəsi Partiyası
Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq, cari ilin yanvarın 1-də başlayan proses aprelin 1-də yekunlaşıb. Bəzi partiyalar hələ də maliyyəti hesabatlarını MSK-ya təqdim etməyiblər. Onlardan bir neçəsi hesabat verdiklərini, lakin MSK-nın rəsmi saytında dərc olunmadığını açıqlayıblar.
MSK-nın bugünkü siyahısında 19 partiyanın adı qeyd olunmayıb. Həmin partiyalar aşağıdakılardır:
Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası
Vahid Azərbaycan Milli Birlik Partiyası
Ağ Partiyası (AĞP)
Müstəqil Azərbaycan Partiyası
Azərbaycan Milli Dövlətçilik Partiyası
Azərbaycan Vətənpərvərlər Partiyası
Azərbaycan Sosial Rifah Partiyası
Azərbaycan Xalq Cəbhəsi Partiyası
Azərbaycan Vahid Kommunist Partiyası
Sosial Ədalət Partiyası
Vəhdət Partiyası
Azərbaycan Demokrat Partiyası
“Azərbaycan Mübarizləri” Partiyası
Azadlıq Partiyası
Azərbaycan Milli Demokrat Partiyası
Azad Demokratlar Partiyası (AzDP)
Gələcək Azərbaycan Partiyası (GAP)
Haqq Ədalət Partiyası (HƏP)
Azərbaycan Yüksəliş Partiyası (AY Partiya)
Parlamentdə təmsil olunan Vəhdət Partiyasından bildiriblər ki, illik maliyyə hesabatlarını MSK-ya göndəriblər, lakin siyahı saytda dərc edilməyib.
Xatırladaq ki, qaydalara görə, il ərzində oktyabr ayının 1-dək yeni yaradılan siyasi partiyalar üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-nə qədər olan dövrü əhatə edir. Oktyabr ayının 1-dən sonra yeni yaradılmış siyasi partiyalar üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-nə qədərki dövrü əhatə etməlidir.
Beləliklə, 2021-ci il oktyabr ayında qeydiyyata alınmış Haqq Ədalət Partiyası (HƏP) və Azərbaycan Yüksəliş Partiyası (AY Partiya) oktyabr-dekabr aylarına aid maliyyə hesabatını təqdim etməlidirlər.
Onu da bildirək ki, MSK prosedura uyğun olaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. (modern.az)