Ukrayna ordusu daha bir vilayəti AZAD ETDİ

Jitomir vilayəti rus qoşunlarından azad edilib.
Bu barədə Jitomir vilayətinin hərbi administrasiyasının rəhbəri Vitali Buneçko məlumat verib.
"Jitomir vilayətində düşmən dəf edildi, rusların bir hissəsi özbaşına getdi. Aprelin 4-nə olan məlumata görə, bölgədə Rusiya işğalçı qüvvələri yoxdur. Rus hərbçilərin şəxsi evləri və meşələri minalayraq tərk etdiyini yerli əhalinin başa düşməsi vacibdir", - Buneçko deyib.
Vilayət rəhbəri əlavə edib ki, ruslar texnika və sursatlarını qismən rayon ərazisində qoyublar: "Onların vilayətdən çıxması yerdəyişmədir və rus qoşunları Ukraynanın dinc şəhər və kəndlərinə raket zərbələri endirməkdə davam edir". (publika.az)
Oxunub: 219
Xəbəri paylaş
Paylaş: