Kiyevdən çəkilən rusların ŞOK PLANI – İlk hücum bu istiqamətdən edildi

Hazırkı mərhələdə Ukraynanın Kiyev vilayəti ətrafında yerləşdirilən Rusiya qüvvələrinin üçdə ikisi Belarusa çəkilərək orada toplaşıb.
Globall.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən yerli mediaya verilən açıqlamada bildirilib.
Məlumatda qeyd edilib ki, qalan üçdə bir qüvvənin geri çəkilib-çəkilməyəcəyi məlum deyil. Amma sözügedən qüvvələrin şimala – Rusiyaya doğru hərəkət etdiyi deyilib.
Pentaqonun məlumatında Rusiya qüvvələrinin geri çəkilməsinin yenidən qruplaşmaq və Ukraynanın digər bölgələrinə girmək üçün manevr olduğu ehtimalı da vurğulanıb: “Bu mövzuda ən böyük ehtimal bu qüvvələrin Şərq bölgələrinə - Donbasa göndəriləcəyi ilə bağlıdır. Amma hələlik bu yöndə də səfərbərlik görünmür”.
Məlumatda rus ordusunun Qara dənizdən Odessadakı neft obyektlərinə raket hücumlarının olduğuna da diqqət çəkilib: “Rusiyanın bu hücumunun səbəbini dəqiq bilmirik. Bu, Odessaya doğru irəliləməyə hazırlıq ola bilər. Eyni zamanda mümkündür ki, bu, ukraynalılara təzyiqdir, onlarda böyük bir əməliyyatın başlayacağı ehtimalını yaratmaq istəyirlər”.
Oxunub: 220
Xəbəri paylaş
Paylaş: