İsraildə koronavirusdan ölənlərin sayı 180-i keçib
İsraildə son sutkada koronavirusdan daha 8 nəfər ölüb.
Məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.
Aprelin 21-də virusa daha 229 nəfər yoluxub. Bununla da İsraildə yoluxanların sayı 13 883-ə, ölənlərin sayı isə 181-ə çatıb. Ölənlər 29-98 yaş arasında olan şəxslərdir.
Qeyd edək ki, İsrail hökuməti aprelin 19-dan etibarən karantin rejimini yüngülləşdirib/Report.
Oxunub: 322
Xəbəri paylaş
Paylaş: