Azərbaycanda “parkovşik”i döyən qadın sürücü saxlanıldı - VİDEO
Sumqayıtda parklanma nəzarətçisi qadın sürücü tərəfindən döyülüb.
Globall.az xəbər verir ki, hadisə Sumqayıtdakı “Karvan” ticarət mərkəzinin yanında baş verib.
Qadın sürücü naməlum səbəbdən avtomobildən düşərək ərazidə çalışan “parkovşik”i təpikləyib.
Hadisə anı ətrafda olanlar tərəfindən mobil telefonun kamerası vasitəsilə lentə alınıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, həmin qadın saxlanılıb.
Qadının şəxsiyyəti məlum olub: “Sumqayıtda parklanma nəzarətçisini döyən qadın sürücünün şəxsiyyəti məlum olub. O, Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilib. Həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb”.
Sözügedən hadisənin görüntülərini təqdim edirik: