Kiyevdə Rusiya Qvardiyasının hərbi karvanı məhv edildi - MN

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları Kiyev vilayətində avtomat silahlar və ağır pulemyotlar daşıyan Rusiya Qvardiyasının hərbi karvanını məhv edib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Rusiya Qvardiyasının 748-ci əməliyyat batalyonunun (6912-ci hərbi hissə, Xabarovsk) hərbçiləri Kiyev vilayətinin Daymer şəhəri yaxınlığında məhv edilib. Əməliyyat zamanı yararsız hala düşən avtomobillərdə onların sənədləri tapılıb.
"Ukrayna xalqının soyqırımı üçün işğalçı birləşmələr əllərində olan bütün silahlardan istifadə ediblər”, - Baş Kəşfiyyat İdarəsi qeyd edib. (report)




Oxunub: 316
Xəbəri paylaş
Paylaş: