Ruslar Kiyev və Çerniqovdan tam geri çəkildi

ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi Ukraynanın paytaxtı Kiyev və Çerniqov şəhəri ətrafında bütün Rusiya qüvvələrinin geri çəkildiyini açıqlayıb.
Bu barədə rəsmi şəxs jurnalistlərlə söhbətində bildirib.
“Biz qiymətləndiririk ki, Kiyev və Çerniqov ətrafındakı rus qüvvələri Belarus və Rusiya torpaqlarında yenidən toplanmaq üçün bu iki bölgədən çəkilişlərini tamamladılar”, - deyə o qeyd edib.
Hər iki bölgədən çıxarılan qoşunların 20 batalyon olduğunu deyən yüksək vəzifəli məmur hazırda Rusiyanın Ukrayna ərazisində 80-dən çox batalyonunun olduğunu diqqətə çatdırıb.
Rəsmi geri çəkilən rus əsgərlərinin sayı barədə dəqiq məlumat verməsə də, hər rus batalyonunun 800-dən 1000-ə qədər əsgərdən ibarət olduğunu bildirib. (modern.az)
Oxunub: 188
Xəbəri paylaş
Paylaş: