"Ən pis vəziyyət qabaqdadı, inanın mənə..." - ÜST-dən ciddi xəbərdarlıq /VİDEO
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus dünyada hələ koronavirusla bağlı ən pis vəziyyətin keçib getmədiyini bildirib.
ÜST-ün Cenevrədəki mərkəzində videokonfransdan sonra brifinqdə danışan Tedros Adhanom Gebreyesus virusa qalib gəlməyin iki şərtini vurğulayıb.
Baş direktorun fikrincə, koronanın öhdəsindən qlobal müqavimət və beynəlxalq həmrəylik hesabına gəlmək olar: "Bu iki faktor olmasa, inanın mənə, ən pis vəziyyət hələ qabaqdadı. Faciəni önləyək. Bu elə virusdu ki, çoxları hələ bunun fərqində deyil"./teleqraf.com
Oxunub: 331
Xəbəri paylaş
Paylaş: