Prezidentdən etiraf:
Mafiyalar əhaliyə ərzaq paylayır
Mütəşəkkil cinayətkar qruplar ölkənin yoxsul insanlarına ərzaq paylayır.
Belə bir etirafla Meksika Prezidenti Andres Manuel Lopes Abrador çıxış edib.
“Fürsətdən istifadə edərək demək istəyirəm ki, ərzaq paketlərini necə payladığınızı gördüm”, - deyə dövlət başçısı bildirib.
Andres Manuel çağırışında qeyd edib ki, mafioz qruplaşmalar zorakılığı dayandırmalı və qurbanlarına, onların yaxınlarına verdikləri əziyyətlər barədə düşünməlidir./axar.az
Oxunub: 365
Xəbəri paylaş
Paylaş: