ABŞ Senatı Rusiyadan neft idxalına QADAĞA QOYDU
Aprelin 7-də ABŞ Senatı Rusiya neftinin idxalını qadağan edən qanun layihəsini yekdilliklə təsdiqləyib .
Sənəddə həmçinin qeyd olunur ki, Rusiya, eləcə də onun yaxın müttəfiqi Belarusiya Ukraynaya hərbi müdaxiləyə və ya bu işğala köməklik göstərdiyinə görə ticarətdə ən əlverişli ölkə statusundan məhrumdur.
Bu qanunun qəbulu bu ölkələrdən ABŞ-a malların ixracı zamanı gömrük rüsumlarının potensial artımını nəzərdə tutur.
Qanun layihəsi indi Nümayəndələr Palatasına göndərilir.
Daha sonra sənəd imzalanmaq üçün prezident Co Baydenə göndəriləcək.
Əvvəllər Konqresin aşağı palatası qanun layihəsinin birinci oxunuşda qəbul edilməsinin lehinə artıq səs vermişdi, lakin indi Senat sənədin mətninə düzəlişlər etdiyi üçün bunu yenidən etməli olacaq. (publika.az)