İstanbulda silah anbarında PARTLAYIŞ - FOTO/VİDEO

İstanbulun Tuzla hərbi piyadə məktəbinin şəhərciyində yerləşən sursat anbarında yanğın baş verib.
Globall.az APA-ya istinadən xəbər verir ki, yanğın gecə saat 02:00 radələrində baş verən partlayışdan dərhal sonra başlayıb.
Türkiyə Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın nəzarət altına alınıb. Hadisədə ölən və yaralanan olmayıb. Partlayışın səbəbi araşdırılır.

Oxunub: 232
Xəbəri paylaş
Paylaş: