Avropada ən çox axtarılan İŞİD yaraqlılarından biri tutuldu
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, yaraqlının adı açıqlanmır.
MP-dən saxlanılan şəxsin milliyyətcə misirli olduğu bildirilib. O, İspaniyaya bu yaxınlarda Şimali Afrikadan qanunsuz yolla girib.
Tutulan şəxs bir neçə il ərzində Suriya və İraqdakı döyüş bölgələrində olub.
Onunla birlikdə evdə daha iki şübhəli şəxs saxlanılıb, onların kimlikləri və İŞİD-in əcnəbi yaraqlıları ilə münasibətləri araşdırılır.
Oxunub: 383
Xəbəri paylaş
Paylaş: