Zelenski kollaj edilən fotosundan danışdı
Ukrayna Prezidenti Volodimir Zelenski 41 gün fərqlə kollaj edilmiş fotosundan danışıb.
Globall.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, bu barədə “Bild” nəşrinə bildirib.
"Bunlar iki fərqli insandır. Bu (Zelenskinin dəyişikliyi - red.) ölkəmizə xeyir verir. Amma əmin deyiləm... Mən bu adama (müharibədən əvvəlki kimi - red.) qayıdacağam", - deyə, Zelenski cavab verib.
Jurnalist Ukrayna Prezidentindən gecə gözlərini yumanda nə gördüyünü soruşub.
"Heç nə görmürəm. Yatmaq çox çətindir. Sonuncu dəfə nə vaxt yaxşı yatdığımı xatırlamıram", - Ukrayna lideri cavab verib.
Qeyd edək ki, Zelenskinin yorğun olduğunu və 41 gün ərzində dəyişdiyini əks etdirən foto Buça qətliamından sonra həmin şəhərə səfəri zamanı lentə alınıb.
Oxunub: 254
Xəbəri paylaş
Paylaş: