ABŞ Ukraynadakı münaqişəni qəsdən alovlandırır -
İTTİHAM
ABŞ hakimiyyəti Çin və Rusiyanı cilovlamaq üçün Ukraynadakı münaqişəni qəsdən alovlandırır.
Bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian deyib.
Rəsmi Pekin Ukraynadakı müharibəyə görə ABŞ-ı ittiham edib.
"ABŞ və NATO siyasəti Rusiya-Ukrayna çatlarını kritik həddə çatdırdı. Amerika tərəfi gərginliyin azaldılması üçün heç bir addım atmadı, əksinə münaqişəni alovlandırır və digər ölkələri də bu addımı atmağa məcbur edir"-deyə XİN rəsmisi bildirib.
"ABŞ Çini gözdən salmaq və sülh danışıqları lehinə fundamental mövqeyini təhrif etmək üçün sistematik şəkildə dezinformasiya yayır. Məsuliyyətdən yayınmağa, təxribatlar törətməyə və mənfəət əldə etməyə, manevr üçün yer tapmağa və eyni zamanda Rusiyanı cilovlamağa çalışır", - deyə açıqlamada qeyd olunub. (modern.az)