Dünya Bankı Ukraynaya 1,5 milyard dollar məbləğində yardım ayırdı
Dünya Bankı Ukraynada əhaliyə dövlət xidmətlərinin göstərilməsinə dəstək məqsədilə 1,5 milyard dollar məbləğində yardım ayırıb.
Globall.az Trend-ə istinadla xəbər verir ki, bunu Dünya Bankının Prezidenti Devid Melpas deyib.
O bildirib ki, qurumun donor ölkələri həmin məbləğin Ukraynaya təqdim olunmasına razılıq verib.
Bundan başqa, Moldova üçün də 100 milyon dollar məbləğində yardım nəzərdə tutulub.
Oxunub: 255
Xəbəri paylaş
Paylaş: