Azərbaycanda üç uşaq anası
İTKİN DÜŞDÜ - FOTO
Masallı rayonunda üç uşaq anası itkin düşüb.
Globall.az oxu.az-a istinadla xəbər verir ki, rayonun Təzə Alvadı kənd sakini, 2001-ci il təvəllüdlü Ş.Əkbərli aprelin 12-də səhər saatlarında yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Onun üç uşağı var.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-a bildirib ki, həmin şəxsin yaşadığı evi tərk edərək geri dönməməsi barədə Masallı Rayon Polis Şöbəsinə müraciət daxil olub: “Hazırda həmin şəxsin tapılması istiqamətində müvafiq zəruri tədbirlər davam etdirilir. Axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Oxunub: 334
Xəbəri paylaş
Paylaş: