Mariupolda mindən çox ukraynalı hərbçi
TƏSLİM OLDU
Mariupolda 162 zabit və 47 qadın hərbçi daxil olmaqla 1000-dən çox Ukrayna əsgəri könüllü olaraq təslim olub.
Globall.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, 36-cı Dəniz Briqadasının 1026 ukraynalı hərbçisi könüllü olaraq silahlarını yerə qoyaraq təslim olub.
General bildirib ki, 36-cı dəniz piyada briqadasının 151 yaralı ukraynalı hərbçisinə yerindəcə ilkin tibbi yardım göstərilib, bundan sonra onların hamısı müalicə üçün Mariupol şəhər xəstəxanasına aparılıb.
Oxunub: 232
Xəbəri paylaş
Paylaş: