Kiyev metrosunun fəaliyyəti bərpa olundu

Kiyev metrosunun fəaliyyəti bərpa olunub.
Globall.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, şəhər metro xidmətinin yaydığı məlumata görə, aprelin 15-dən etibarən iki xətt üzrə qatarlar yenidən hərəkət edir. Bundan əlavə, bütün xətlər üzrə hərəkət intervalı 30 dəqiqəyə qədər azalacaq.
Xatırladaq ki, Rusiyanın hücumu başlayandan yeraltı metro stansiyaları da sığınacaq kimi fəaliyyət göstərir.
Oxunub: 225
Xəbəri paylaş
Paylaş: