Putin ən çox bundan QORXUR - Məşhur rus jurnalist AÇIQLADI

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin sui-qəsd cəhdindən, özünün təhlükəsizlik xidmətindən və bu xidmətdə qulluq edən snayperlərdən dəhşətli dərəcədə qorxur.
Globall.az modern.az-a istinadla xəbər verir ki, bunu məşhur rusiyalı publisist-jurnalist Aleksandr Nevzorov “Qordon” nəşrinin baş redaktoru Olesya Batsmana müsahibəsində bildirib.
"O, hər şeydən qorxur. Amma ən əsası sui-qəsddən ürpənir. Putin hansı uçuruma doğru getdiyini, geri dönüşü olmayan yolla getdiyini çox gözəl anlayır", - Nevzorov deyib.
Jurnalist onu da bildirib ki, Rusiya liderinin şərti dublyorları (əvəzləyici oxşarlar) var – bəzən hansısa tədbirlərdə bu fiqurlardan istifadə olunur. Bu zaman onlar 100-150 metr məsafədən əkiz kimi görünürlər.
Oxunub: 314
Xəbəri paylaş
Paylaş: