Bu xidmət sahələrində qiymətlər BAHALAŞDI
2022-ci ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin mart ayına nisbətən 110 faiz təşkil edib.
Globall.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatdaqeyd edilir.
Məlumata görə, cari ilin mart ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma hava nəqliyyatı ilə beynəlxalq və dəmir yolu nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma, ictimai iaşə, bərbərxana və paltarların təmiri xidmətlərinin qiymətlərində müşahidə olunub.
Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Oxunub: 189
Xəbəri paylaş
Paylaş: