İstilik xidmətlərinin qiyməti qalxacaq? -
"Azəristiliktəchizat" vacib açıqlama yaydı - VİDEO
Globall.az Xəzər TV-yə istinadən xəbər verir ki, binalara istiliyin verilməsi mövsümü başa çatsa da, "Azəristiliktəchizat" mövsümü yenə borcla başa vurur. Hazırda qurumun "Azəriqaz"a 14 milyon manat borcu var. Bunu "Azəristiliktəchizat"ın sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev deyib. Onun sözlərinə görə, yaranan borcun müəyyən hissəsinin yeni mövsümə qədər yığılacaq vəsaitlər hesabına bağlanması planlaşdırılır. Ümümilikdə isə borcun 6 milyon manatdan çox hissəsi məcburi köçkün statusuna malik əhali kateqoriyasının quruma ödəmədiyi məbləğdir.
İlham Mirzəyev yaranan borcların müəyyən qədər azaldılması üçün istilik tariflərinin artırılması məsələsinə də münasibət bildirib.
k krediti ONLAYN sifariş et!