Rusiyanı tam batmaqdan kim qoruyur?- Ermənistan Ağ Evi qəzəbləndirən ölkələr arasında
Bir çox ölkələrin Rusiyaya qarşı sanksiyalar tətbiq etmək istəməməsi Moskvaya məhdudlaşdırıcı tədbirlərdən yan keçmək imkanı verir.
Bu barədə Amerikanın "The Wall Street Journal" (WSJ) qəzetinin ekspertləri xəbərdarlıq edib. Məqalə müəllifinin fikrincə, bu, dünyanın parçalanmasına gətirib çıxarır. Qeyd olunur ki, Qərb liderləri Rusiyanı təcrid etmək üçün qlobal koalisiya qurmağa çalışır, lakin onlar ən böyük inkişaf etməkdə olan ölkələrin müqaviməti ilə üzləşməli olurlar. Bu parçalanma Rusiyaya Qərbin sanksiyalarından yan keçmək imkanları verir və Moskvaya onun dəstəkləndiyini deməyə imkan yaradırr.
Məqalədə deyilir ki, ABŞ-ın uzun müddətdir strateji tərəfdaşı olan Səudiyyə Ərəbistanı Rusiyanı qınamaqdan imtina edib və qiymət artımını cilovlamaq üçün Amerika tərəfinin neft hasilatını artırmaq çağırışına əməl etməyib. O da vurğulanıb ki, Çin ABŞ və müttəfiqləri ilə qarşıdurmada Rusiyanı müttəfiq kimi görür. "İki qonşu ABŞ-ın rəhbərlik etdiyi dünya nizamını məhv etməyə və Pekin və Moskvaya öz regionlarına nəzarət etməyə çalışır",-ekspert qeyd edib.
Britaniyanın “The Economist” jurnalı yazır ki, hətta ABŞ-ın çoxdankı müttəfiqləri və peykləri də Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina edirlər. Belə ki, məqalə müəlliflərinin fikrincə, Hindistan Rusiya tərəfinin hərəkətlərini pisləyən qərarlar qəbul etməkdən daim çəkinən ən əlverişsiz ölkə olub. Asiyada, Yaxın Şərqdə, Afrikada və Latın Amerikasında, hətta Amerikanın çoxdankı müttəfiqləri və peykləri də onun Rusiyaya qarşı sanksiya tələblərini, hətta onu tənqid etməyi rədd edirlər. Mənbə yazır ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Türkiyə tərəfinin Rusiyaya qarşı sanksiya tətbiq etməsini qeyri-real adlandırıb. O, bunu Türkiyənin vəziyyəti sabitləşdirməyə yönəlmiş vasitəçilik mövqeyi tutması ilə əsaslandırıb.
"Bizdən tez-tez soruşurlar ki, səmanı bağlayacağıq? Baxın, Türkiyənin vasitəçilik mövqeyi var, o, vəziyyəti sabitləşdirməyə hesablanıb",-Çavuşoğlu bildirib.
Qeyd edək ki, son günlər Birləşmiş Millətlər Təşkilatından (BMT) yan keçərək məhdudiyyətlər tətbiq etməkdən imtina etdiklərini bəyan edən ölkələrdən biri də Seyşel adalarıdır. Hakimiyyət ölkəsinin Qoşulmama Hərəkatının üzvü olduğunu və xarici siyasətində “hamıya dost, heç kəsə düşmən” prinsipinə əməl etdiyini vurğulayıb. Amerikanın "Business Insider" nəşri isə yazır ki, Qərb ölkələri irimiqyaslı sanksiyalara baxmayaraq, Rusiya üçün enerji embarqosu təşkil edə bilmir. Rusiya resurslarının satışı proqnozların əksinə olaraq artmaqda davam edir. Beləliklə, Rusiya Maliyyə Nazirliyinin hesablamalarına görə, hökumət aprel ayında enerji resurslarının satışından təxminən 9,6 milyard dollar əldə etməyi gözləyir.
"Bloomberg" isə 2022-ci ildə Rusiyanın bundan təxminən 321 milyard dollar qazanacağını proqnozlaşdırır ki, bu da bir il əvvəlkindən üçdə bir çoxdur. Bu proqnozlar Qərbin ötən ay tətbiq etdiyi kütləvi sanksiyalara ziddir. Bununla yanaşı, jurnalistlər qeyd edirlər ki, Qərbin Rusiyaya qarşı sanksiyaları buna mane olmur və onların gücləndirilməsi ABŞ və Avropaya böyük iqtisadi ziyan vuracaq, çünki Rusiyadan xam neft ixracı faktiki olaraq Hindistandan artan tələb fonunda artır, eləcə də Çinlə uzunmüddətli müqavilələr buna əsas verir.
Mənbə yazır ki, Avropa ölkələri Rusiyanın enerji daşıyıcılarına tamamilə qadağa qoya bilərdi, lakin bu, qiymətlərin kəskin artmasına səbəb olardı. Bu, həm də regionun artıq üzləşdiyi inflyasiya problemlərini daha da gücləndirə bilər. Buna baxmayaraq, Estoniya Müdafiə Nazirliyinin rəhbəri Kalle Laanet hesab edir ki, Rusiyaya qarşı iqtisadi sanksiyalar bir müddət sonra qüvvəyə minəcək, tezliklə onlar istədikləri effekti verəcək. Laanetin sözlərinə görə, ABŞ və Aİ-nin Moskvaya qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin effektivliyini qiymətləndirmək üçün çox az vaxt keçib.
"İndiyə qədər yalnız qısa bir müddət keçdi, buna görə də biz hələ də istənilən effektləri görmürük",-deyə o bildirib.
Lakin Britaniyanın “The Telegraph” nəşrinin yazdığına görə, Rusiyada paralel, “boz” idxala icazə verildiyi üçün tətbiq edilən sanksiyalar öz mənasını itirəcək. Qeyd olunur ki, bu yolla ruslar qadağalara baxmayaraq, müxtəlif mallara çıxış əldə edəcəklər. "Ancaq bu vəziyyətdən brendlərin özləri də faydalana bilər. Rusiyada məhsullarını satmaq istəmədiklərini deyən bu markaların çoxu, bu bazarda məhsul satmağa davam etmək üçün, çox güman ki, dolayı yolla paralel idxalı dəstəkləyəcək",-mənbə yazıb.
Qeyd edək ki, Birləşmiş Ştatlar mümkün qədər çox ölkəni qazanmağa çalışır. Kanada, Böyük Britaniya, Avropa Birliyi və Yaponiya kimi ölkələr artıq ABŞ-a qoşulub. Rusiyanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Anatoli Antonov ABŞ Dövlət Departamentini Latın Amerikasındakı tərəfdaşlarını Rusiyaya qarşı sanksiyalar “səlib yürüşünə” qoşulmaqdan imtina etdiklərinə görə qorxutmağa çalışmaqda ittiham edib. "Bu cür bəyanatların məqsədi prozaikdir: tərəfdaşlarını Rusiyaya qarşı kampaniyasına qoşulmamaq üçün cəza olaraq ikinci dərəcəli məhdudiyyətlərlə hədələməyi belə dəyərləndirmək olar",-Antonov bildirib.
Xüsusi olaraq qeyd edilir ki, bundan əvvəl Ermənistanın Rusiya əleyhinə sanksiyalara qoşulmaq niyyəti də məlum olub. ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi təxminən bir ay əvvəl erməni bankları ilə görüş keçirdiyini və həmin bankları Rusiyaya kömək etməkdən çəkinməyə çağırdığını bildirib. Lakin Treysinin sözlərinə baxmayaraq, hələ aprelin əvvəlində Ermənistan Rusiyadan qaza görə ödənişləri rublla həyata keçirməyə başlayıb.
Oxunub: 173
Xəbəri paylaş
Paylaş: