Ermənistan blokadadan çıxa bilər? –
Paşinyanın 600 milyon dollarlıq AVANTÜRASI
Ermənistan Gürcüstanın Batumi limanını almaq istəyir.
Ermənistanın “Jamanak” qəzeti yazır ki, qiyməti 600 milyon dollar olan limanı almaqla rəsmi Yerevan ölkəyə yüklərin maneəsiz gətirilməsinə nail olacaq.
“Səhmdar cəmiyyətin yaradılması müzakirə olunur. Diaspor biznesmenləri də bunun bir parçası olacaq. Amma hazırda bu vəsaiti ayırmağa hazır olan şəxs yoxdur”-deyə qəzet yazır. Məqalədə limanın alınması üçün Nikol Paşinyan hökumətinin aktiv fəaliyyətə keçdiyini və pul mənbəyi axtardığı da vurğulanır.
Hazırda Batumi limanı Qazaxıastanın “Kazumnayqaz” dövlət şirkətinə məxsusdur. Ermənistana idxal olunan məhsulların 60%-ə qədəri Batumi və Poti limanlarından gətirilir.(modern.az)
Oxunub: 431
Xəbəri paylaş
Paylaş: