Polis bu qızla bağlı əhaliyə müraciət etdi
- FOTO
Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşayan 2007-ci il təvəllüdlü Məmmədova Nilüfər Elxan qızı 29 mart 2022-ci ildə yaşadığı evdən xəbərsiz çıxaraq itkin düşüb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Globall.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, onun barəsində məlumatı olan şəxslərdən Xəzər Rayon Polis İdarəsinə, 012-554-22-22 və 055-270-24-34 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Həmçinin, N.Məmmədovanın yeri barədə Nazirliyin "102" Xidməti Zəng Mərkəzinə də zəng edərək məlumat verə bilərsiniz.
Oxunub: 289
Xəbəri paylaş
Paylaş: