Bu il məktəblərdə ənənəvi "Son zəng" çalınacaq
2021-2022-ci tədris ilinin başa çatması ilə bağlı orta ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri ənənəvi qaydada keçiriləcək.
Globall.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirib.
Rəsmi məlumata görə, epidemioloji vəziyyət icazə verdiyi təqdirdə "Son zəng" tədbirləri ənənəvi şəkildə təşkil olunacaq.
Xatırladaq ki, koronavirusa epidemiyası səbəbindən son 2 il ərzində "Son zəng" tədbirləri məhdudiyyətlərlə qeyd edilmişdi.
Oxunub: 236
Xəbəri paylaş
Paylaş: