Rusiya müharibə ilə bağlı şərtləri açıqladı:
Yalnız bu halda...
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk TASS -a müsahibəsində Ukraynada “xüsusi hərbi əməliyyat”ın başa çatması üçün şərtləri açıqlayıb.
Globall.az publika.az-a istinadla xəbər verir ki, departament nümayəndəsinin sözlərinə görə, Rusiyanın “xüsusi əməliyyatı” NATO tərəfindən Kiyevlə bağlı təhlükələr aradan qaldırılandan sonra başa çatacaq.
“Əməliyyat tapşırıqlar tamamlandıqdan sonra başa çatacaq. Onların arasında Donbasın mülki əhalisinin müdafiəsi, Ukraynanın demilitarizasiyası və denazifikasiyası, həmçinin NATO ölkələri tərəfindən inkişafı ilə əlaqədar Ukrayna ərazisindən Rusiyaya qarşı təhdidlərin aradan qaldırılması daxildir”, - Aleksey Polişçuk bildirib.
O əlavə edib ki, əməliyyat plan üzrə davam edir və onun bütün məqsədləri həyata keçiriləcək.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukraynada “xüsusi hərbi əməliyyat”ın başa çatma vaxtı döyüş əməliyyatlarının intensivliyindən asılıdır.