Rusiya 1970-ci illərin anbarlarını açdı -
KƏŞFİYYAT MƏLUMATI
Rusiya ordusu artıq köhnəlmiş sovet hərbi texnikalarından istifadə etməyə hazırlaşır.
Globall.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Ukrayna ordusunun qətiyyətli müqaviməti və dayanıqlılığı Rusiyanın qısa müddətdə məqsədə çatmaq planlarını alt-üst etdi və ağır itkilər səbəbindən Rusiya ordusunun şəxsi heyətinin və hərbi texnikalarının daim yenilənməsi zərurətini yaratdı”, - kəşfiyyatın məlumatında qeyd olunub.
Kəşfiyyat bildirib ki, döyüş qabiliyyətini bərpa etmək üçün Rusiya silahlı qüvvələri uzun müddət (1970-ci illərdən) anbarda olan sovet istehsalı texnikalardan getdikcə daha çox istifadə edir.
Oxunub: 276
Xəbəri paylaş
Paylaş: