40 dövlətin müdafiə naziri bir araya gəlir - Ukraynaya görə

Pentaqon 40 müttəfiqini Ukraynanın uzunmüddətli təhlükəsizlik ehtiyaclarını müzakirə etmək üçün gələn həftə Almaniyada görüşməyə dəvət edib.
Globall.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, NATO-ya üzv olmayan 20 ölkənin müdafiə nazirləri və yüksək səviyyəli generalları ABŞ-ın müdafiə naziri Lloyd Ostinin çərşənbə axşamı, aprelin 26-da Almaniyanın qərbindəki Ramşteyn Hərbi Hava Qüvvələri bazasında keçiriləcək görüşə dəvətini qəbul ediblər.
O, Ukraynanın tərəfdaşlarının müharibədən sonra onun hərbi qüdrətini gücləndirməyə necə kömək edə biləcəyini müzakirə etmək üçün görüşü - məsləhətləşmə adlandırıb.
Kirbi bildirib ki, ölkələr Ukraynaya cari ehtiyacları ilə bağlı yardımı necə davam etdirə biləcəklərini, eləcə də müharibənin gedişində müxtəlif tərəfdaşların hansı silahları təmin edə biləcəklərini müzakirə edəcəklər.
Onun sözlərinə görə, görüş NATO-nun himayəsi altında keçirilməyəcək və dərhal konkret nəticələrə gətirib çıxarmayacaq.
Oxunub: 205
Xəbəri paylaş
Paylaş: