Türkiyədə təyyarə evlərin arasına düşdü, pilotlar öldü - FOTO/VİDEO

Türkiyənin Bursa şəhərində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Hadisə nəticəsində 2 pilot həlak olub.
Qeyd olunur ki, təyyarə Bursanın Osmanqazi rayonunda yaşayış evlərinin arasına düşüb. Qəzadan sonra təyyarənin düşdüyü yerdə yanğın başlayıb.
Qəza nəticəsində sakinlər arasında xəsarət alanların olmadığı deyilir.
İlkin məlumatlara görə, təlim məqsədli uçuş həyata keçirən təyyarə texniki nasazlıqla bağlı qəzaya uğrayıb. (trend)



Oxunub: 200
Xəbəri paylaş
Paylaş: