Böyük Britaniyadan Rusiyaya qarşı YENİ SANKSİYA
Ukraynaya qarşı istifadə oluna bilən texnologiya və malların Rusiyaya ixracına qadağa qoyulub.
Globall.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamentinin bəyanatında deyilir.
"Böyük Britaniya Rusiyanın qəhrəman Ukrayna xalqını sıxışdırmaq üçün istifadə edə biləcəyi mal və texnologiyaların ixracına qadağa qoyub. Bu mallar arasında ələ keçirmə və monitorinq üçün avadanlıqlar ola bilər", - məlumatda deyilir.
Söhbət konkret hansı avadanlıq və texnologiyalardan getdiyi açıqlanmır.
Oxunub: 223
Xəbəri paylaş
Paylaş: