Avropadan Rusiyaya növbəti ZƏRBƏ:
Bu tarixədək...
Avropa İttifaqı Rusiyanın neft və qazından asılılığı sıfıra endirmək proqramı hazırlayıb.
Globall.az xəbər verir ki, bu barədə Aİ-nin iqtisadi məsələlər üzrə komissarı Paolo Gentiloni deyib.
Onun sözlərinə görə, 2022-ci ilin sonuna qədər Avropanın Rusiya enerji resurslarından asılılığı üçdə ikiyə qədər azaltmağı, 2027-ci ilin sonuna qədər tamamilə sıfırlamağı planlaşdırır.
“Rusiya enerjisindən asılılığı azaltmağın yolu bərpa olunan enerji mənbələrindən keçir. Lakin Avropa İttifaqı 4 faizlik iqtisadi artım proqnozunu aşağı salmağı nəzərdən keçirməli olacaq. Bu yavaşlamanın durğunluğa gətirib çıxaracağını söyləmək hələ tezdir, çünki 2021-ci ilin ikinci yarısında aşağı işsizlik və yüksək qənaət kimi bəzi müsbət cəhətlər var”, - o bildirib.
Komissar qeyd edib ki, iqtisadi durğunluq riski həm də Ukraynadakı müharibənin müddətindən asılı olacaq. (publika.az)