"Pfizer" uşaqlara da "buster" doza vurulmasını İSTƏYİR
"Pfizer-BioNTech" konsorsiumu ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyətinə sanitar nəzarət üzrə İdarəsinə (FDA) 5-11 yaş arası uşaqlarda koronavirus peyvəndinin "buster" dozasının təcili istifadəsinə razılıq verilməsi üçün sorğu göndərib.
Globall.az modern.az-a istinadla xəbər verir ki, bu barədə "Pfizer" şirkətinin rəsmi saytında məlumat verilib.
Şirkətlər tərəfindən təqdim edilən müraciətdə dərman sınaqlarının ikinci mərhələsinə dair məlumatlar əks olunub. Bu məlumatlara əsasən, "Pfizer-BioNTech" peyvəndinin ikinci dozasından təxminən altı ay sonra "buster" dozasını qəbul edən 5-11 yaş arası uşaqlarda güclü immun reaksiya yaranıb.
Oxunub: 170
Xəbəri paylaş
Paylaş: