Avropa Bakının qapısını döyür: Azərbaycan üçün BÖYÜK ŞANS
Ukraynada müharibədən sonra Rusiya enerjisindən asılılığına son qoymaq istəyən Avropanın əsas üz tutduğu ölkələrdən biri Azərbaycandır.
Avropa rəsmiləri Cənub Qaz Dəhlizini ən etibarlı alternativ olaraq görürlər.
Türkiyə mediasında yayılan məlumatlara görə, 2026-cı ilə qədər Azərbaycandan qaz tədarükünün 50 milyard kubmetrə qədər artırılması planlaşdırılır.
Azərbaycan qaz istehsalını 2023-cü ilə qədər 48 milyard kubmetr, 2024-cü ildə 49 milyard kubmetr, 2025-ci ildə isə 50 milyard kubmetrə qədər artıracaq.
Proqnozlara görə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu daha da artacaq.
Asif Nərimanlı
Oxunub: 342
Xəbəri paylaş
Paylaş: