Ermənistanda yeni qaz tarifləri QÜVVƏYƏ MİNDİ
Ermənistanda aprelin 1-dən yeni qaz tarifləri qüvvəyə minib.
Ermənistan KİV-ləri xəbər verir ki, bundan sonra ev təsərrüfatları qazı əvvəlki 139 dram (təxminən 25 sent) əvəzinə 1 kubmetrə 143,7 dram (təxminən 30 sent) alacaq. Onlar üçün tarif təxminən 3,4% (4,7 dram) artacaq. Amma sosial təminatı olmayan sosial müavinət alan ailələr üçün tarif dəyişməz qalacaq - ildə 600 kubmetrədək qaz sərfiyyatı olmaqla, hər kubmetr üçün 100 dram (təxminən 20 sent) olacaq.
Ayda 10 000 kubmetrə qədər istehlak edən müəssisələr 1 000 kubmetr üçün demək olar ki, 144 000 dram (təxminən 297 dollar) ödəyəcəklər. Qalan müəssisələr hər min kubmetr üçün əvvəlki 255,91 dollar əvəzinə 265,81 dollar ödəyəcək, yəni onlar üçün tarif təxminən 3,9% artacaq.
İstixana təsərrüfatları üçün istilik mövsümündə (noyabrın 1-dən martın 31-dək) qüvvədə olan güzəştli tarif artacaq - min kubmetr üçün 224-dən 233,9 dollaradək (artım 4,4%). Eynilə, qida məhsulları istehsal edən şirkətlər (meyvə, tərəvəz və süd emalı) üçün yem tarifi artacaq. (modern.az)